"Ağalı kəndində olan məktəbdə zəng çalınacaq, müəllimlər tədrisə, uşaqlar təhsilə başlayacaq".
Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir azad edilmiş ərazilərdə olan məktəblərin öz nümunəvi təhsili ilə fərqlənəcəyinə inandığını söyləyib:
"“Bu, bizi sevindirir. Oradakı məktəbin direktoru artıq təyin olunub. Müəllimlərin seçimi ilə bağlı köç prosesinin bitməsini gözləyirik. Nə qədər şagird olacaqsa, ona uyğun sayda müəllim ora göndəriləcək. İnanıram ki, azad edilmiş ərazilərdə olan məktəblər öz nümunəvi təhsili ilə fərqlənəcək”.