Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

27.07.2022 17:01 348 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2289 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 464, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 281 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 810 252, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 333 814, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 625 nəfər təşkil edir.

Xəbər lenti