Qərbi Kaspi Universitetinin tələbələri təhsil müəssisələrini dəyişmək üçün ali məktəbdən lazım olan akademik arayışı ala bilmirlər.
Tələbələrlə yanaşı, valideynlər də üç gündür ki universitetin korpusları arasında get-gəldə qalıblar.
Tələbələr inanmaq istəmirlər ki, universitet işçilərinin istirahəti onların gələcək taleyindən daha önəmlidir. Tələbələrdən biri bildirib ki, universitet işçisi ona yazan gəncləri blok edib:
“Məzuniyyətini pozduğumuza görə bizi şikayət edəcəyini dedi”.
Bəzi tələbələr isə iddia edirlər ki, universitet onlara qarşı qanunsuz tələblər irəli sürür.
Universitetdən “Xəzər Xəbərə” bildirilib ki, səslənən iddialar əsassızdır.
Ətraflı süjetdə: