İyulun 29-da Təhsil Nazirliyi və Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) birgə əməkdaşlığı nəticəsində “Girls Talk” layihəsinin növbəti vebinarı baş tutacaq.
Tehsil.biz xəbər verir ki, görüş "2007-2015 Dövlət Proqramı" məzununun “Təlim Töhfəsi”nə uyğun olaraq keçirilir.
Layihənin əsas məqsədi uğurlu Azərbaycan qadınları və "2007-2015 Dövlət Proqramı"nın qadın məzunları ilə 12-18 yaş arası məktəbli qızların görüşünü keçirmək, onları düzgün ixtisas və peşə seçiminə motivasiya etmək, təhsil və karyera imkanları barədə məlumatlandırmaqdır.
Görüşdə spiker qismində “2007-2015 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “University of Edinburgh” ali təhsil müəssisəsində marketinq və biznesin təhlili ixtisası üzrə magistratura təhsili almış və hazırda “The Procter & Gamble” şirkətində bazarlama strategiyası və reklam üzrə menecer vəzifəsində fəaliyyət göstərən Nərmin Mustafayeva iştirak edəcək.
Vebinarda iştirak üçün aşağıdakı keçiddən istifadə bilərsiz:
https://us06web.zoom.us/j/85491727524?pwd=MHJFbXNESWwyd0dqWUNzcSthaUVaQT09