Logo

Azərbaycanda daha 357 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

28.07.2022 20:18 354 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 357 yeni yoluxma faktı qeydə alınıb, 298 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 797638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 735 nəfər müalicə olunaraq sağalıb, 9744 nəfər vəfat edib, aktiv xəstə sayı 2159 nəfərdir.

Ölkədə son sutka ərzində 3219, hazırkı dövrədək isə 7 036 499 test aparılıb.

Xəbər lenti