Milli Mədəniyyətin Təbliği ictimai birliyi qərb bölgəsində ictimai şuraların təbliği haqqında regional tədbir keçirib.
Tehsil.biz xəbər verir ki, Milli Mədəniyyətin Təbliği ictimai birliyi USAİD-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində , ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə dövlət qurumlarının fəaliyyətində şəffalıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyəti insititutları, ictimai fəal insanların idarəçilikdə rolunun artırılması məqsədi ilə maarifləndirici layihənin II hissəsini həyata keçirmişdir.
Layihə çərçivəsində Gəncə şəhərində dövlət qurumlarının regional fəaliyyətlərinə diqqət yetirilmişdir. Tədbirdə vətəndaş cəmiyyəti insititutlarının nümayəndələri, siyasi partiyalar, yerli özünü idarəetmə orqanları və dövlət qrumlarının regional nümayəndəlikləri iştirak etmişdir. Təbdirdə çıxış edən müstəqil expertlər ictimai şuraların fəaliyyətinin vətəndaşlar üçün əlçatan olmasını bu sahədə əhalinin maarifləndirilməsinin önəmli olduğunu qeyd etmişlər. Regionda yerləşən ictimai aktiv vətəndaşlara və birliklərə Gəncə şəhəri icra hakimiyyəti yanında ictimai şuranın yaradılmasında təşəbbüslə çıxış etmək tövsiyyə olunmuşdur.
Ümumilikdə dövlət, yerli özünü idarəetmə, vətəndaş cəmiyyəti nümayəndələri və aktiv insanların iştirak etdiyi tədbirdə ictimai iştirakçılığın optimal təşkili haqqında müzakirələr aparılmışdır.