Logo

27 000-dən çox valideyn elektron kabinet yaradıb

29.07.2022 17:40 414 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə 27 257 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 24 748 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib.

Tehsil.biz xəbər verir ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə  regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci il tarixindən start verilib.  İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar  üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar  2 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 258 nəfər olmaqla ümumilikdə 12 560 nəfəri əhatə edir.  

Xəbər lenti