Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.
Tehsil.biz xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 798 011 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9746 nəfər vəfat edib, aktiv xəstə sayı 2209 nəfərdir.
Ölkədə son sutka ərzində 2847, hazırkı dövrədək isə 7 039 346 test aparılıb.