Logo

BDU-nun müəllimi beynəlxlaq konfransda akademik yazı qaydalarından danışıb

25.01.2021 11:47 599 baxış
IMG

İsveçin Stokholm şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş konfransda “Elm və təhsil: dünən, bu gün və sabah” adlı X Beynəlxalq elmi-praktik konfransı keçirilib (International Scientific Symposium dedicated to the 880th anniversary of Nizami Ganjavi "Science and Education: yesterday, today, tomorrow" in Stockholm, Sweden).

 

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının müəllimi Ağamalıyeva Günay "Enhancing the Practical Relevance of Graduation Works in Higher Education Institutions in Azerbaijan" ("Azərbaycanın ali təhsil müəssisələrində tələbələrin buraxılış işlərinin praktiki əhəmiyyətinin artırılması") mövzusunda təqdimatla ilə çıxış edib. Məruzədə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbələrin buraxılış işlərinin keyfiyyətinin və praktiki əhəmiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürülüb. Eyni zmanda tədqiqat metodları, statistik analiz, indeks-şkala, akademik yazı qaydaları, tədqiqatın məzmun keyfiyyəti, elmi işin praktiki faydaları ilə bağlı geniş məlumat verilib.

 

Əlavə edək ki, onlayn konfrans Beynəlxalq Kadrlar Akademiyasının (UNESCO), Gothenburg Universiteti (İsveç), Qafqaz Universiteti (Türkiyə) ​və Azərbaycan Respublikasının Türkiyə Respublikasının Qars şəhərində baş konsulluğunun rəhbərliyi ilə baş tutub.

Xəbər lenti