Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin 54 məzunu dünyanın aparıcı universitetlərində magistratura təhsili alacaq.
Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.
Bildirilib ki, onlar ABŞ-ın Corc Vaşinqton Universitetinə, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinə, Almaniyanın Bonn Universitetinə, Kopenhagen Biznes Məktəbinə, Çex Respublikasının Brno şəhərində yerləşən Masarik Universitetinə, Berlin Azad Universitetinə və digər ali məktəblərə qəbul olunublar.