"1 fevraldan etibarən 640.000 şagirdi əhatə edəcək 1,2,3,4-cü siniflər məktəblərə gedəcək".
Tehsil.biz xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib
Ekspert şagirdlərin rejimində dəyişikliklər olduğunu, buna qarşı qabaqlayıcı tədbirlərin mütləq vacibliliyini bildirib:
"Uzun müddətdir ki, məktəbdən kənardadır və rejimləri dəyişib. Onlayn dərslər ənənəvi dərslər ilə müqayisədə bir az gec başlayır".
Kamran Əsədovun sözlərinə görə, yaxşı olar ki, bu həftədən etibarən valideynlər uşaqlarını erkən saatlarında oyadıb səhər saatlarında dərsə getməyə hazırlasınlar:
"İndi uşaqlar bir az gec yuxudan oyanırlar. Onlara birdən birə bu dəyişiklik mənfi təsir göstərə bilər".