Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 tələbəsi üçün 2021/2022-ci tədris ilinin payız semestri müddətində Danimarkada təhsillərini davam etdirmək imkanı yaradılıb. Onlar bu imkanı Danimarkanın Kopenhagen Universitet Kolleci ilə ADPU arasında mövcud ikitərəfli “Erasmus+” mübadilə proqramına əsasən əldə edə bilərlər.
ADPU-dan bildirilib ki, müsahibələr mart ayında onlayn formatda keçiriləcək. Seçilən namizədlərin onlayn qeydiyyatı isə apreldə aparılacaq.