Logo

Peşə təhsilinə müraciət edənlərin sayı artıb

01.08.2022 11:18 408 baxış
IMG

"Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi və məzmununun artırılması üzrə bir çox işlər həyata keçirilib".

"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, 2026-cı ilin sonuna kimi peşə təhsilinə gələnlərin sayının 11 minə qədər artacağı gözlənilir.

C.Kərəmov bildirib ki, əvvəlki illərlə müqayisədə 50 faiz artım müşahidə olunur.

O həmçinin vurğulayıb ki, yeni təhsil proqramları hazırlanarkən bazar iqtisadiyyatı nəzərə alınır.

"Peşə təhsilinə gələnlərin 45 faizi Bakıda yerləşən peşə məktəblərinin, qalan faizləri isə rayonlardakı məktəblərinin payına düşür. Builki qəbul planı 10 faiz artıb", - direktor müavini əlavə edib.

Xəbər lenti