Logo

Dünya çempionatından 6 medal - FOTOLAR

01.08.2022 12:03 606 baxış
IMG

25-31 iyul 2022-ci il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə (U-17) dünya çempionatı keçirilib. 

Tehsil.biz xəbər verir ki, Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Hüseyn Savadov (45 kq), Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səid Xəlilov (48 kq) və Beyləqan rayon uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Vədat Qasımlı (51 kq) bürünc medal qazanıb.

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının tərkibində yarışda mübarizə aparan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Vasif Bağırov (48 kq) qızıl, həmin məktəbin idmançısı Bəşir Verdiyev (45 kq) gümüş, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Elman Ağayev (51 kq) bürünc medal qazanıb.

Xəbər lenti