Logo

Beynəlxalq qiymətləndirmə düşərgəsinə yekun vurulub - FOTO

01.08.2022 12:23 359 baxış
IMG

Təhsil İnstitutu və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq qiymətləndirmə düşərgəsinə yekun vurulub.

Tehsil.biz xəbər verir ki, 3 gün davam edən düşərgənin təşkilində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.

Düşərgədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 35 müəllim iştirak edib. Düşərgə iştirakçıları müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olub, eyni zamanda müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti