Peşə təhsili müəssisələrində tələbələr hibrid avtomobillər üzrə tələb olunan bilik və bacarıqlar alacaq.
APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, bu gün hibrid avtomobillərə tələbat artmaqdadır və ölkəmizdə kifayət qədər hibrid avtomobillər mövcuddur: “Bu ildən etibarən peşə təhsil müəssisələrində tələbələrə hibrid avtomobillər üzrə tələb olunan bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur”.