Logo

BDU-nun Fizika fakültəsində neytronlarin nano-silisiuma təsiri müzakirə olunub

26.01.2021 10:40 552 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinində “Epitermal neytronların nano-silisiumda nüvələrdən səpilmə və radiasion tutulmaları nəticəsində defektəmələgəlmə prosesləri” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Seminar iştirakçılarını salamlayan Fizika fakültəsinin dekanı müavini Vüsal Məmmədov pandemiya səbəbilə onlayn elmi seminarın keçirilmə məqsədi ilə bağlı məlumat verib. Sürətlə inkişaf edən dünyada informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, yeni təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən söz açıb.

 

Daha sonra Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı Aydan Qəribli “Epitermal neytronların nano-silisiumda nüvələrdən səpilmə və radiasion tutulmaları nəticəsində defektəmələgəlmə prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə neytronların elastik səpilməsi, radiasion tutma və radioaktiv parçalanma proseslərinin kinetik parametrləri, mühitə verilən təpmə enerjisi, şüa enerjiləri və onların hesabına nano-silisiumda əmələ gələn qeyri-tarazlı yükdaşıyıcı cütlərinin qatılığı kimi məqamlara aydınlıq gətirilib. Neytronların təsiri altında əmələ gələn radioaktiv nüvələrin idenfikasiyası və parçalanma proseslərinin kinetikası tədqiq edilərək neytron aktivləşmə analizi üsulu ilə qarışıq nüvələrin qatılıqları müəyyən olunub.

 

Elmi seminar professorlar Əhməd Abdinov, Səcidə Quliyeva, Mais Süleymanov, Məmməd Rəcəbov, dosentlər Zöhrab Ağamalıyev, Tünzalə Bayramova, Lalə Hacıyeva başqalarının mövzu ətrafında fikirləri ilə davam edib.

Xəbər lenti