24-31 iyul 2022-ci il tarixlərində San-Marino Respublikasında C Divizionu çərçivəsində U-18 basketbol üzrə Avropa çempionatı keçirilib.
Tehsil.biz xəbər verir ki, C divizionunun B qrupunda mübarizə aparan Azərbaycan yığma komandası qrup oyunlarında Lüksemburq, Cəbəllütariq, Ermənistan və Moldova komandalarına qalib gələrək yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal oyununda Albaniyaya məğlub olan komanda üçüncü yer uğrunda Lüksemburq üzərində 78-73 hesabı ilə qələbə qazanaraq Avropa çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, yarışda milli yığma komandanın tərkibində təmsil olunan 12 nəfər basketbolçudan 8 nəfəri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin, 1 nəfəri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançıları, komandanın məşqçilər heyətindən isə Tahir Baxşıyev, Anar Sarıyev “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin, Fərid Əmirov “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin məşqçi-müəllimləridir.