İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 954 müraciət daxil olub.
Tehsil.biz xəbər verir ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 188 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 400 vətəndaş müraciət edib.
İyul ayında BŞTİ-yə 1 812 sənəd (vətəndaşlar tərəfindən 482 ərizə, Təhsil Nazirliyindən 276, digər qurumlardan 157, məktəblərdən 233 məktub və 664 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 554 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.