Logo

"ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib

02.08.2022 17:34 351 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas tərəfdaşı olduğu, “Social Innovation Lab” innovasiya mərkəzinin təşkilatı dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiyalar) akselerasiya proqramı olan "ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib.

Tehsil.biz xəbər verir ki, xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, 6 həftəlik koçinq sessiyalarına qatılmış "Aqua Trap", "Ateshgah", "Ecoprint", "GreenPack", "OchseMoto", PORESO, "Recepta", "RestyIEarth" və "eHelpers" adlı startaplar "ClimateLaunchpad"ın müəyyən etdiyi vacib 6 modul üzərində praktiki çalışmaqla ölkə finalına hazırlaşırlar.

Bu ilin dekabr ayında komandalar münsiflər heyəti qarşısında milli mərhələnin ilk 3 yerini qazanmaq və regional mərhələyə vəsiqə əldə etmək üçün təqdimatlarla çıxış edəcəklər. Ümumilikdə beynəlxalq proqramda iştirak edən 50-dən çox ölkənin hər birinin ölkə finalında ilk 3 yeri qazanan komandalar bu ilin sentyabr ayında keçiriləcək Regional Finala vəsiqə qazanmaq uğrunda yarışacaqlar.

Dünya Finalı mərhələsində startaplar innovativ həllərini Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdim edəcəklər. Finalın qalibləri I yer üzrə € 10,000 avro, II yer üzrə € 5,000 avro və III yer üzrə € 2,500 avro pul mükafatı əldə edəcəklər. Həmçinin, 16 ən yaxşı startap 6 aylıq "Qlobal ClimateLaunchpad Accelerator" proqramına qəbul olunacaq.

Xəbər lenti