Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
Tehsil.biz xəbər verir ki, iyul ayında keçirilmiş imtahanlarda 67 min 778 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 491 min 208 olub. İyul ayı ərzində 2708 vətəndaş qəbul edilib.
Çağrı Mərkəzi vasitəsilə 14 min 636, elektron poçt vasitəsilə 3 mindən artıq, sosial şəbəkələr vasitəsilə 5 minə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 6178 olub. Abituriyent məsləhət mərkəzlərinə müraciətlərin sayı 1000-i keçib.