Logo

Xəzər Universiteti Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibləri arasında

27.01.2021 09:47 659 baxış
IMG

Elmin İnkişafı Fondunun keçirdiyi “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi üzrə qalib layihələrin siyahısı elan olunub.

 

Xəzər Universitetinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə birgə təqdim etdiyi “Qarabağ və Dilbaz at cinslərinin genom profilinin tədqiqi: genetik markerlərin, allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi” layihəsi qalib layihələr arasındadır.

 

Universitetdən bildirilib ki, Azərbaycan Atçılıq Federasiyası, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Almaniyanın “Eurofins Genomics” laboratoriyasının mütəxəssisləri layihəyə cəlb olunublar.

 

Layihənin əsas elmi ideyası Qarabağ və Dilbaz atlarının kompleks şəkildə fenotipik və genetik tədqiqi ilə onları səciyyələndirən genlərin və allel variasiyalarının müəyyənləşdirilməsidir. Dünyada ilk dəfə Qarabağ və Dilbaz atlarının genomu aşkar olunacaq. Elmi nailiyyətlər Qarabağ Atçılıq Kompleksində və Dilbaz Atçılıq Təsərrüfatında tətbiq ediləcək. Bu sistemlər Azərbaycanda ilk dəfə “ağıllı tövlə” modelinin yaradılması üçün başlanğıc nöqtəsi olacaq.

 

Layihənin icra müddəti 24 aydır.

Xəbər lenti