Azərbaycan Dövlət İqtisad Universitetindən 20 doktorant xarici ölkələrin ali məktəblərində təhsil alır.
Bu barədə UNEC-dən məlumat verilib.
Bildirilib ki, doktorantlar “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyə, ABŞ və Portuqaliyanın ali təhsil müəssisələrində oxuyurlar.