Logo

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

03.08.2022 15:34 240 baxış
IMG

Avqustun 3-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahanda 7 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

Növbəti TOEFL iBT imtahanının avqustun 6-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür

Xəbər lenti