Logo

Coğrafiyaçı alimlər Çin konfransında aqroekoloji mövzuda məruzə ediblər

03.08.2022 15:36 266 baxış
IMG

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov Pekin şəhərində onlayn formatda keçirilən “Yaşıl iqtisadiyyat üzrə beynəlxalq elm və texnoloji innovasiyalar” konfransında Azərbaycanı təmsil ediblər.

Tehsil.biz xəbər verir ki, Asiya Coğrafiya Assosiasiyası tərəfindən təşkil edilən konfrans “yaşıl kənd təsərrüfatı”na dəstək və dayanıqlı ətraf mühit problemlərinə həsr olunub. Təmsilçilərimiz konfransda “Azərbaycanın bölgələrində narın becərilməsinin aqroekoloji vəziyyəti və nar şirəsinin dayanıqlı istehsalı” mövzusunda çıxış ediblər.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və mövzu ətrafında diskussiya aparılıb.

Xəbər lenti