Logo

Türk qızı 16 saat dayanmadan üzdü - FOTO

03.08.2022 15:42 559 baxış
IMG

Dünya mətbuatı La-Manş boğazını 16 saat ərzində fasiləsiz üzərək keçməyi bacarmış türk qızı Aysu Türkoğlundan danışır. O, Fransadan üzərək İngiltərəyə keçmiş ən gənc idmançıdır.

Tehsil.biz Lent.az-a istinadən xəbər verir ki, 21 yaşlı bodrumlu üzgücü Aysu Türkoğlu Atlantik okeanla Şimal Dənizini birləşdirən La-Manş boğazını üzərək keçməyi hədəfləmişdi və bu arzusunu reallaşdırdı. 16 saat fasiləsiz üzərək, boğazı keçən türk qızı bununla ən gənc və ilk qadın üzgüçü olaraq adını tarixə yazmağı bacardı. Sahilə çıxan kimi ölkəsinin bayrağını qaldıran gənc idmançını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik edib.

Aysu Türkoğlu bu rekordu imzalayarkən Şimal Dənizi cərəyanları və böyük okean dalğalarla mübarizə aparmalı olub. Türk qızı Britaniyanın Dover şəhərində başlayan “su savaşını” 16 saat 28 dəqiqə ərzində qələbə ilə başa vuraraq, Fransanın Cap Griz-Nez sahillərində quruya çıxıb.

Aysu Türkoğlu Ege Universitetinin “Spor Bilimləri” fakültəsində təhsil alır.

Xəbər lenti