“Bakıda 316 təhsil müəssisəsi var. 1 həftədən sonra şagirdlər əyani tədrisə cəlb olunacaqlar. Fevralın 1-dən həm məktəbəqədər qruplar, ibtidai siniflər həftədə 3 dəfə əyani dərslərə başlayacaq. Mövcud vəziyyətə görə isə yuxarı siniflərlə bağlı qərar qəbul ediləcək”.
Tehsil.biz xəbər verir ki, bu fikirləri “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O, əlavə edib ki, məktəblərdə karantin qaydalarının tələblərinə cavab verib-verməməsi də yoxlanılır:
“Monitorinq keçirilib və Bakı məktəblərində karantin rejiminə riayət edilməsi üçün bütün lazımi preparatların mövcudluğu müəyyənləşdirilib”.