Logo

“Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidiləri” monoqrafiyası çap olunub

03.08.2022 15:54 271 baxış
IMG

Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi Simuzər Mamedovanın “Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidiləri” monoqrafiyası çapdan olunub.

İnstitutdan bildirilib ki, monoqrafiyada Azərbaycanda yayılan suda-quruda yaşayanlar və sürünənlərdə parazitlik edən koksidilərin növ tərkibi, yoluxma intensivliyi, onların koksidilərlə yoluxmasının ekoloji amillərdən asılılığı haqqında məlumat verilib.

Kitabdan parazitoloqlar, zooloqlar və ekoloqlar istifadə edə bilərlər.

Xəbər lenti