Logo

18 yaşlı kanadalı tələbə: “Çox sevinirəm ki, nəhayət, Şuşadayam” - VİDEO

03.08.2022 16:18 117 baxış
IMG

Diaspor gənclərinin mədəniyyət paytaxtımız Şuşada keçirilən III Yay Düşərgəsində uzaq Kanadanı tələbə Sevda Zeynali təmsil edir.

Tehsil.biz xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, 18 yaşlı Sevda Zeynali bildirib ki, azad Şuşada olduğu üçün ürəyi sevincdən uçur:

“Qarabağımızın 20 faiz ərazisi, Şuşa şəhəri işğal ediləndə mən hələ anadan olmamışdım. Amma bu o demək deyildi ki, Vətənimizin torpaqlarının həsrətini çəkmirdim. Çox sevinirəm ki, nəhayət, Şuşadayam”.

O nəzərə çatdırıb ki, doğma dilimizi yaxşı bildiyinə görə valideynlərinə və anası Vüsalə Əhmədovanın rəfiqəsi Nigar Əliyeva ilə birlikdə açdıqları “Qarabağ” həftəsonu Azərbaycan dili məktəbinə borcludur:

“Əvvəlcə mən həmin məktəbdə oxumuşam, sonra isə köməkçi kimi çalışmışam. Bunun sayəsində Azərbaycan dilini mənimsəmişəm. Doğrudur, danışanda hərdən çaşıram, amma, şükür Allaha, Kanadada doğulan və yaşayan bir adam kimi doğma dilimizdə fikirlərimi ifadə etməyi bacarıram”.

Qeyd edək ki, gənc soydaşımız vətənpərvərliyi və ədalətli mövqeyi ilə seçilir. Hələ orta məktəbin 10-cu sinfində təhsil alarkən tarix müəllimi ilə “erməni soyqırımı” mövzusunda mübahisə edib. Topladığı faktlar əsasında tarixdə belə soyqırımın olmadığını müəlliminə və sinif yoldaşlarına sübut edib.

Xəbər lenti