Logo

ADPU-da beynəlxalq ikili diplom magistr proqramına qəbul olunan tələbələr üçün yay institutu başa çatıb

03.08.2022 16:44 110 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq ikili diplom magistr proqramına yeni qəbul olunan tələbələr üçün yay institutu başa çatıb.

Tehsil.biz xəbər verir ki, tədbirdə magistrantlara proqram çərçivəsində akademik proses və qaydalar, qiymətləndirmə meyarları, tədqiqat və təcrübə proqramları haqqında məlumat verilib və suallar cavablandırılıb.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün ADPU və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında beynəlxalq ikili diplom proqramı üzrə magistratura səviyyəsinə dövlət sifarişi əsasında menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə tələbə qəbulu keçirilib.

Müvafiq beynəlxalq proqrama qəbul olunmaq üçün sənədlərini təqdim etmiş və Dövlət İmtahan Mərkəzində magistraturaya qəbul imtahanı vermiş 120 namizədin Corc Vaşinqton Universitetinin tələbə qəbulu ofisi tərəfindən ilkin seçimi aparılıb və 56 nəfər müsahibə mərhələsinə keçib. Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin nümayəndələri Bakıda 56 namizədlə müsahibə apararaq, ən layiqli 40 nəfəri müəyyən ediblər.

Xəbər lenti