Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında 26 Yanvar 2020-ci il tarixində imtahan günü uğurla başa çatıb. Ümumilikdə 318 qrupda 6582 bakalavr (411 nəfəri SABAH qrupları olmaqla) imtahan verib.
BDU-nun Qazax filialında isə 16 qrup üzrə 336 tələbə imtahanlarda iştirak edib.
Magistratura pilləsində isə 114 ixtisaslaşmada 60 fənn üzrə imtahan verən magistrantların sayı 330-dur.
BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər həyata keçirilib.
Qeyd edək ki, tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək məqsədilə “Qaynar xətt” və Apellyasiya Komissiyası da fəaliyyətini davam etdirir.