Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə 21 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
"Tehsil.biz"in məlumatına görə, IV ixtisas qrupu üzrə 10 nəfər ən yüksək nəticə (400 bal) göstərib.
İmtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı hər iki mərhələnin cəminə görə maksimum olan 700 bal toplayıb.
Qeyd edək ki, A.Nigar imtahanın birinci mərhələsində 300 bal toplamışdı.