Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

03.08.2022 17:40 333 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 873 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 233, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 822 079, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 243, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 341 389, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 030 nəfər təşkil edir.

Xəbər lenti