Milli Azərbaycan Tarixi Muzeyində Qarabağın maddi mədəniyyət nümunələrindən olan Şuşa xalçaları qorunur. Muzeydə saxlanılan “Nəlbəkigül” adlı xalça XX əsrin əvvəlində toxunub, ərişi, arğacı və xovu yundur.
Bu barədə muzeydən məlumat verilib.
Bildirilib ki, süni və təbii rəngli saplarla toxunmuş həmin xalça yelən və ara sahədən ibarətdir.
“Nəlbəkigül” xalçası Etnoqrafiya fondunda saxlanılır.