Logo

Düşmənimizi övladlarımıza necə tanıtmalıyıq? - Ekspertdən vacib AÇIQLAMA

27.01.2021 14:38 819 baxış
IMG

“Düşmənin bizimlə apardığı ədavəti elmi yolla övladlarımıza aşılamalıyıq”.

 

Bu sözləri Tehsil.biz-ə açıqlamasında təhsil üzrə mütəxəssis Elçin Əfəndi bildirib.

 

Onun sözlərinə görə, bəzi valideynlər azyaşlı uşaqların müəyyən bilgilərlə tanış olmalarını, zorakı böyüməsini istəməsələr də, bəzi valideynlər isə istəyirlər ki, övladlarına hər şeyi başa salsınlar:

 

“Şəxsən mən də öz övladıma hər şeyi öyrədib izah edirəm, hətta öz övladımı düşməndən qənimət götürülən hərbi texnikalarla belə tanış etmişəm. Burada hər bir valideynin fikirləri tamamilə fərqlidir. Təbii ki, bunu övladlarımıza barbarcasına deyil, məntiqi üsulla izah etməli, düşmənin bizimlə apardığı ədavəti elmi yolla onlara aşılamalıyıq. Məsələn, xaricdə təhsil alan zaman Ermənistan vətəndaşı ilə qarşılaşdığımızda ona qarşı zorakılıq etməyi deyil, sadəcə onun düşmən tayfasının nümayəndəsi olmasını, onların xalqımıza qarşı apardıqları düşmənçiliyi öyrətməliyik”.

 

Elçin Əfəndi bu prosesin məktəbəqədər hazırlıqdan və ya birinci sinifdən başlanmasını tövsiyə edib:

 

“Bu prosesi məktəbəqədər hazırlıqdan və ya birinci sinifdən başlamaq, “Həyat bilgisi” və yaxud “Azərbaycan dili” fənnindən nağıllar, hekayələr vasitəsi ilə azyaşlılara çatdırmaq lazımdır. Siniflər üzrə irəlilədikcə bunu daha da dərindən öyrənmək, baş vermiş faktları dərk etmək vacibdir”.

 

Ekspert bu tip mövzuların azyaşlılara öyrədilməsinin vacibliyini və bu zaman onların psixologiyasının zədələnməməsi üçün xüsusi diqqət göstərmək lazım olduğunu vurğulayıb:

 

“Az yaşında övladına zorakılığı bildirmək istəməyən valideynlər mövzunu zorakılığın izahı ilə deyil, baş vermiş faktları uşaq psixologiyasına təsir etməyəcək tərzdə izah etmələri lazımdır. Övladlarımız bunları bilməklə düşmənin vaxtilə bizə qarşı atdığı naxələf addımları, onlarla rastlaşdığı zaman onların kim olduğunu bilmiş olurlar”.

Xəbər lenti