Şuşada illər öncəyə aid dərs vəsaitləri tapılıb.
Tehsil.biz Xəzərxəbər-ə istinadən xəbər verir ki, söhbət Şuşada tapılan, 28 il ərzində məhv olmayıb, sahibinin yolunu gözləyən dərs vəsaitlərdən - bir gündəliklə, bir riyaziyyat dəftərindən gedir.
Bu dəftər və gündəlik 1989-cu ildə Şuşada Üzeyir Hacıbəyov adına 1 saylı məktəbin 6-cı sinfində təhsil alan Nəsimi Əhmədova məxsusdur. O, hazırda institutlardan birində dosent olaraq çalışır.
Hazırda Qaradağ rayonunun Yeni Müşfiq qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə məskunlaşan həmin dərs vəsaitlərinin sahibi Nəsimi Əhmədov ona aid əşyaların tapıldığını sosial şəbəkədən öyrənib.
Mövzu ilə bağlı hazırlanan süjeti təqdim edirik: