Logo

I qrup üzrə yüksək bal toplayan abituriyent: "Ciddi və planlı hazırlaşırdım"

04.08.2022 10:17 909 baxış
IMG

Aydın Aydınov I qrup üzrə blok imtahanlarında maksimal 400 bal toplayan 11 nəfərdən biridir. O, I qrup üzrə 2 mərhələnin cəminə əsasən 676 bal toplayıb. 

Tehsil.biz xəbər verir ki, Aydın Aydınov İsmayıllı şəhər 5 saylı tam orta məktəbin məzunudur. Onun arzusu Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaqdır:

“Azərbaycanın ən nüfuzlu ali məktəblərindən biri də BANM-dir. Hər zaman burada təhsil almağı arzulamışam. Məqsədimə nail olduğum üçün çox sevinirəm. Yüksək bal toplamaq və BANM-ə qəbul olmaq üçün ciddi formada və planlı hazırlaşırdım. Hədəflərimi müəyyən edib ona uyğun hazırlaşırdım. Yüksək bal toplamaq üçün aşağı siniflərdən yaxşı oxumaq lazımdır”.

Xəbər lenti