Logo

Bu il nəticəsi ləğv edilən abituriyentlərin sayı AÇIQLANDI

04.08.2022 10:26 388 baxış
IMG

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ümumilikdə 49 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

"Tehsil.biz"in məlumatına görə, onlardan 28-i II və III, 21-i isə I və IV ixtisas qrupu üzrə imtahan verənlər olub.

İmtahan nəticəsi ləğv olunan 25 abituriyent qəbul imtahanlarının I cəhdi, 24-ü isə II cəhdində iştirak edərək qaydaları pozub.

Qeyd edək ki, DİM-in elan etdiyi qaydalara əsasən II cəhd imtahanlarında qayda pozan abituriyentin I cəhd imtahanında topladığı nəticəsi də ləğv olunur.

Xəbər lenti