Logo

ABŞ-dan olan tədqiqatçı alimlər Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar

04.08.2022 10:48 299 baxış
IMG

Azərbaycan–ABŞ Lerik arxeoloji layihə çərçivəsində Pensilvaniya Universitetinin əməkdaşı Lara Fabian və Kolqeyt Universitetinin tədqiqatçısı Hanna Lau AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar.

Bu barədə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun baş direktoru professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli və şöbə müdiri Səfər Aşurovun iştirak etdiyi görüşdə Azərbaycan-ABŞ elmi əməkdaşlığı müzakirə olunub.

Görüş zamanı Azərbaycan-ABŞ Lerik arxeoloji layihəsi çərçivəsində institutun Cənub-Şərq dağlıq ərazilərindəki antik dövr abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Ceyhun Eminli ilə birlikdə Lerik rayonu ərazisində tədqiqatların davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Birgə tədqiqatların səmərəliliyini qeyd edən baş direktor qazıntılardan əldə edilən nümunələrin ABŞ-ın nüfuzlu elmi laboratoriyalarında analiz olunmasının önəmindən danışıb və müştərək ekspedisiyanın işinə uğurlar arzulayıb. Tədqiqatlar zamanı arxeoloji qazıntılarla yanaşı abidələrin xəritələşməsi işləri də nəzərdə tutulub.

Xəbər lenti