Logo

Macarıstanda təhsil almaq üçün müsahibələr

27.01.2021 16:17 756 baxış
IMG

Yanvarın 27-dən etibarən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil almaq üçün müraciət edənlər sırasından seçilmiş namizədlərlə müsahibələr başlayıb.

 

Müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, həmin sahələrin ekspertləri tərəfindən aparılır.

 

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

Xəbər lenti