Logo

Xalq artisti: “Küçəyə çıxa bilmirəm”

04.08.2022 11:17 535 baxış
IMG

Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) səhhəti pisləşib.

Tehsil.biz Kulis.az-istinadən xəbər verir ki, bu haqda aktyor mətbuata açıqlamasında deyib. O, bir həftədir tənəffüs sistemində problemlər olduğunu və evdə xəstə yatdığını deyib:

"Bu xəstəliyə bir həftədir yoluxmuşam. Analiz verməyə getmirəm. Amma məndə virusun simptomları olduğunu bilirəm. Çünki müəyyən əlamətləri var. Hərarətim 38.4, 38.5-dir. Bunlar həmin xəstəliyin əlamətləridir. Üstəlik soyuqdəyməm də var. Küçəyə çıxa bilmirəm. Ancaq evdə müalicə alıram. Hazırda sistemlər asıblar. Əvvəlki günlərə baxanda iynələr, müalicələr sayəsində bir az düzəlmişəm".

Xəbər lenti