Logo

Tarix elmlər doktoru vəfat etdi

04.08.2022 11:24 877 baxış
IMG

Milli Arxiv İdarəsinin sabiq rəisi, tarix elmlər doktoru Ataxan Paşayev vəfat edib.

"Tehsil.biz"in məlumatına görə, o, 84 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətnə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib.

1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olub.

“Şöhrət” ordeni ilə təltif olunub.

Xəbər lenti