Elm və təhsil naziri Emin Əmrullayev avqustun 24-də Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək.
Tehsil.biz xəbər verir ki, qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri avqustun 15-dək nazirliyin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.