Logo

BDU-da könüllülük hərəkatı genişlənir

04.08.2022 11:52 321 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) könüllülük hərəkatı ildən-ilə genişlənir.

Tehsil.biz xəbər verir ki, 2019-ci ildən fəaliyyət göstərən "BDU könüllüləri” qrupu hazırda öz ətrafında 700-dən çox könüllü tələbəni birləşdirir.

Qrup 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsində, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib. Pandemiya dövründə əməkdaş və tələbələr arasında “COVID-19” xəstəliyi ilə mübarizə istiqamətində maarifləndirmə işində, xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsində, eləcə də tələbələrin onlayn dərslərə fəal qoşulmasının təşviqində xüsusi fəallıq göstərib.

Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərməklə Universitetin ictimai həyatında fəal iştirak edirlər. Bu ilin ilk yarısında “BDU könüllüləri” qrupunun təşkilatçılığı ilə müxtəlif səpkili 47 tədbir keçirilib.

Universitetin könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər.

"BDU könüllüləri" könüllülük sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, ölkəmizdə fəaliyyət göstərən digər könüllülər təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Eyni zamanda gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə səy göstərir.

Xəbər lenti