Azərbaycanın aparıcı İT şirkəti “Bestcomp Group” “Qarabağa Böyük Qayıdış”a dəstək olaraq bərpa ediləcək və tikiləcək 50 məktəbdə kompüter sinifləri təşkil edilməsini öz öhdəsinə götürür.
Tehsil.biz xəbər verir ki, bu məqsədlə “Bestcomp Group” Təhsil Nazirliyi ilə razılaşdırılaraq Qarabağ məktəblərinə təmənnasız 1000 ədəd stolüstü kompüter və ya noutbuk təqdim edəcək.
#BizBirlikdəGüclüyük