Logo

Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

28.01.2021 10:16 766 baxış
IMG

“Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi. Amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ də bizim diqqətimizdədir. İstiliklə bağlı monitorinqlər aparılıb. Onu deyə bilərəm ki, məktəblər təhsil üçün hazırdır. Cari problemlər də aradan qaldırılır”.

 

Tehsil.biz xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda deyib.

 

O qeyd edib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq: “Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək. Bakı məktəblərində fevral ayının 1-dən 274 məktəbdə 1092 sinif, 27 122 uşaq əyani məktəqədər təhsilə başlayacaq. Eyni zamanda 182 018 şagird I-IV siniflərdə əyani təhsilə davam edəcək”.

Xəbər lenti