Logo

"Azərbaycanın rəngli yuxuları” adlı sərginin açılışı olub - FOTOLAR

04.08.2022 17:15 489 baxış
IMG

Rusiyanın Saratov şəhərindəki A.N.Radişev adına Dövlət Rəssamlıq Muzeyində “Azərbaycanın rəngli yuxuları” adlı sərginin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasnın 30 illiyi çərçivəsində təşkil edilən sərgi XIX-XXI əsrdə fəaliyyət göstərmiş 35 azərbaycanlı rəssamın və xalq sənətkarının, o cümlədən Səttar Bəhlulzadə, Nadir Əbdülrəhmanov, Mikayıl Abdullayev, Tofiq Cavadov, Mirnadir Zeynalov, Toğrul Nərimanbəyov, Rasim Babayev, Qəyyur Yunus, Fazil Nəcəfov, Rafis İsmayılov və digərlərinin yaradıcılığına həsr olunub. 

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova, Saratov vilayətinin mədəniyyət naziri Natalya Şelkanova, kolleksioner Mixail Arefyev, “Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov və digərləri iştirak ediblər.

Sərgidə muzeyin, “Mərcani” Fondunun və Mixail Arefyevin kolleksiyasına daxil olan 100-dən çox rəsm, qrafika əsərləri və xalçalar nümayiş etdirilib. 

Azərbaycanlı rəssamların və sənətkarların yüksək sənət nümünələrini əks etdirən sərgi avqustun 31-dək davam edəcək.

Xəbər lenti