Logo

III Yay Düşərgəsində Azərbaycanın müstəqillik tarixi müzakirə olunub - FOTOLAR

04.08.2022 19:34 385 baxış
IMG

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin növbəti günü də yaddaqalan hadisələrlə zəngin olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Proqram çərçivəsində “Azərbaycanın müstəqillik tarixi” mövzusunda panel işlası təşkil edlib. Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Yəhya Babanlının moderatorluğu ilə aparılan panel iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Tohidi və Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxış ediblər.

Məruzəçilər Azərbaycan dövlətinin müstəqillik tarixindən, Xalq Cümhuriyyəti dövründən, xalqımızın milli azadlıq mücadiləsinin dövlət müstəqilliyinin bərqərar olması ilə nəticələnməsindən və ölkəmizi parlaq Zəfərə aparan yoldan danışıblar.

Elm və mədəniyyət xadimləri gəncləri maraqlandıran sualları cavablandırıblar.

​​​​​​

Xəbər lenti