Logo

“UNEC-i tanı” layihəsi davam edir

04.08.2022 20:08 250 baxış
IMG

Abituriyentlər üçün “UNEC-i tanı” layihəsi davam edir.

UNEC-dən bildirilib ki, layihə çərçivəsində abituriyent və onun valideynlərinə universitetdəki ixtisaslar, xarici universitetlərlə ikili diplom, eləcə də UDİD, mübadilə proqramları, xüsusi təqaüd imkanları barədə məlumat verilib.

Həmçinin UNEC-də onlar üçün infotur təşkil olunub.

Layihənin budəfəki iştirakçısı Sücayət İslamzadə 601 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçib. S.İslamzadə UNEC-in 100 manat xüsusi təqaüdünü qazanacaq.

Xatırladaq ki, I-V qrupa hazırlaşan abituriyentlər ixtisas seçiminə qədər həftənin II-V günləri, saat 10-dan 16-dək UNEC-in əsas tədris binasına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb layihədə iştirak edə bilərlər.

Xəbər lenti