Logo

Azərbaycan Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir - FOTO

05.08.2022 12:05 314 baxış
IMG

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu kampaniyasını davam etdirir.

Tehsil.biz xəbər verir ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlar üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Abituriyentlər və subbakalavrlar ixtisas seçimi günlərində elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında texniki dəstək və məsləhət xidməti üçün Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Mərkəz 2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılıb və artıq 5 ildir, ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Xəbər lenti